HAQQIMIZDA

Dərya Xalı Xalça Yuma Fabriki

Bu gün və bütün zamanlarda olduğu kimi, xalçalar müxtəlif kirlənməyə məruz qalirlar: adi tozdan çətin çıxarılan ləkələrə kimi. Əgər vaxtında lazım olan tədbirlər görülməsə, bizə bu heçnə ilə müqayisə olunmaz komfortu yaşadan unikal interyer əşyasını vaxtından tez itirmək təhlükəsi var. Öz işimizdə yalnız sınanmış təmizləmə üsulunu, tanınmış markaların kimyəvi məhsul və avadanlıqlarını istifadə edərək, biz sizə qüsursuz keyfiyyət və mükəmməl nəticə zəmanət veririk.

“Dərya Xalı” şirkəti Bakıda xalçaların professional quru təmizləməsi ilə məşğul olur.

Bizimlə çalışmaq asan və rahatdır!

Bizim komanda sizin xalçanızı ölçəcək, onun növünü, tərkibini müəyyənləşdirəcək, çirklənmə səviyyəsini təhlil edəcək, artıq çıxarılmış nəticələr əsasında onun təmizləmə üsulu, xidmətin qiyməti barədə qərar verəcəklər, ən son iş mərhələsi isə xalçaların qurudulması və bağlanmasıdır. Daha sonra biz xalçanızı evinizə təslim edəcəyik.

Nəyə görə siz məhz bizə müraciət etməlisiniz:

  • 1. Bizim əsas prinsipimiz xalçanı sizdən almaq və bir neçə gün ərzində onu ideal təmiz və təravətli gətirmək.
  • 2. Bizim şirkətimiz etibarlı yüksək keyfiyyətli xidmətə, ən son texnologiyayla yüksək texnologiyalı təmizləmə üsullarına dəyər verənlər üçündür.
  • 3. Biz xidmətin yalnız keyfiyyətli olmasını istəyənlər üçün deyil, həmçinin tez olmasını istəyənlər üçünük.
  • 4. Biz yüksək texnologiyalı ixtisaslaşdırılmış avadanlıq və yalnız təhlükəsiz maddələrdən istifadə edirik.
  • 5. İşin qısa müddətdə görülməsi.